“Rusiya Federasiyasının Ukraynadakı məğlubiyyəti Avropada təhlükəsizlik və sabitliyə zəmanət verir”.
“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” nəşrində yayımlanan materialda bildirilir.
Nəşr həmçinin qeyd edir ki, Fransa Prezidenti Emmanuel Makronun ötən həftə Qərb qoşunlarının Ukraynaya göndərilməsinin istisna oluna bilməyəcəyi barədə bəyanatı bir çox avropalı həmkarları, xüsusən də Almaniya kansleri Olaf Şolts tərəfindən tənqid edilib.
“Problem ondadır ki, bir çox tərəfdaşların hətta məhdud qoşun yerləşdirməsinin NATO-nu Moskva ilə birbaşa qarşıdurma yoluna çıxaracağı ilə bağlı haqlı qorxuları var. Onlar Kiyevə yardımın zəruriliyini vurğulasalar da, bir çox Qərb liderləri əsgərlərin göndərilməsi ilə bağlı hər hansı danışıqların müharibə əleyhinə əhval-ruhiyyəni canlandıra biləcəyindən qorxurlar”,-deyə nəşr qeyd edib.
“AzPolitika.info”


Şərhlər