Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb.
Bu barədə Yasama Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri məlumat bazasında adları qeydə alınmayan 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsəməkdə və rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməkdə şübhəli biliniblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Şərhlər
Bağçalar yaman gündədir. Əminliklə demək olar ki, öllkədəki bütün bağçaların müdirləri oğrudur. Ümumiyyətlə, oğru olmayan müdür ola bilməz. Burada xislət də iştirak edir və ikisinin bir arada olması vacibdir. Belələri oğurluğa meyilli olduqları üçün müdir olmaq istəyir. Yuxarılar belələrini çox sevir və onları cəmiyyət arasından çox peşəkarlıqla tapıb ələ keçirir. Bütün öhdəlik və sövdələşmələr razılaşdırıldıqdan və bir növ məxviliyə sədaqət andı içdirildikdən sonra adama müdirlik rütbəsi verir. Və boynuna xalta keçirilir. Bununla da müdir eşqi ilə yananlar şüurlu şəkildə iyrəınc bir çevrənin daxilinə girib orada qul olur. Yoxsa doğrunun nə işi var oğruların yanında.. Ağlı başında olan insan, xüsusilə də qadın özünü bu dairənin içinə atıb adını bədnam edərmi?