Menu

“Lavrovun tələbləri rədd edilməlidir” – Erməni deputat

06.03.2024, 15:43
“Lavrovun tələbləri rədd edilməlidir” – Erməni deputat

“Sergey Lavrov elə bəyanatların müəllifidir ki, mən onun dediklərinə cavab vermək belə istəmirəm”.

“AzPolitika” xəbər verir ki, bunu martın 6-da parlamentdə jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan deyib.

Rusiya xarici işlər nazirinin “Ermənistan “ya bizimləsən, ya da bizimlə deyilsən” qərarını verməlidir” deməsi ilə bağlı fikirlərinə cavab olaraq Minasyan deyib: “Bu cür tələblər sadəcə olaraq rədd edilməlidir. Ermənistan Rusiyanın bu regiondakı rolunu gözardı edə bilməz. Bu o deməkdir ki, Türkiyə-Azərbaycan tandemi Ermənistanın məhvinə yol açacaq. Lavrovun isə ultimatum verməyə haqqı yoxdur və o, başa düşməlidir ki, Rusiya ilə Ermənistan arasında münasibətləri şəxslər müəyyən etmir. Nikol Paşinyan və ya onun qruplaşması hakimiyyətdədir, ya yox, fərqi yoxdur, bu, Rusiya üçün yanlış yanaşmadır”, - deputat vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol