Rusiya özünün nüvə silahları ilə bağlı doktrinasına sadiqdir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun TASS Agentliyində yayımlanan açıqlamasında deyilir: “Bizə gəlincə, nüvə silahı ilə bağlı hər şey bizim müvafiq doktrinamızda öz əksini tapıb. Bu silah orada dəqiqliklə “vida silahı” kimi yozulur. Əgər ölkəmizin varlığına təhlükə yaransa, o zaman nüvə silahından istifadə oluna bilər. Bundan başqa, bu barədə məsuliyyətsiz şəkildə danışmaq olmaz”.
“AzPolitika.info”.


Şərhlər