Menu

Natəvanın Fransanın Evian-le Bən şəhərindəki abidəsinə zərər vurulub - Heykəl Parisə gətirilib

06.03.2024, 17:26
Natəvanın Fransanın Evian-le Bən şəhərindəki abidəsinə zərər vurulub - Heykəl Parisə gətirilib

Xurşidbanu Natəvanın Fransanın Evian-le Bən şəhərindəki heykəli Parisə gətirilib.

APA xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.

Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.

Şərhlər

Senan 2024-03-07 01:29:03

Bu erməni fransasasının iç ŭzŭdŭr.

JJ 2024-03-06 20:49:19

Natevan burda lap orangutana oxshsyir. Milyon tokub qoyulan heykele bax.

Tahir 2024-03-06 18:58:11

Fransa kimi dushmennen bashga ne gozdeyesen? Onlara Natavan lazimdi ? Neche milyon verib heykelini ora goymusuz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol