Menu

Trampın rəqibi prezidentlik yarışından geri çəkildi

06.03.2024, 20:27
Trampın rəqibi prezidentlik yarışından geri çəkildi

Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.

“Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o bildirib.

O, tərəfdarlarını ABŞ prezident seçkisində Trampı dəstəkləməyə çağırmayıb.

Qeyd edək ki, Heylinin ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədən geri çəkilməsi Trampı Respublikaçılar Partiyası üçün öncül namizəd edir. ( TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol