Menu

"Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir" - Kreml

10.03.2024, 14:06
"Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir" - Kreml

"Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol