Menu

İran iki böyük neft yatağının işlənməsinə başlayır

10.03.2024, 21:55
İran iki böyük neft yatağının işlənməsinə başlayır

İran hakimiyyəti ölkənin cənub-qərbindəki Xuzistan əyalətində “Sepehr” və “Cafir” adlı iki neft yatağının işlənməsinə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.

Onun sözlərinə görə, hər iki yataqda gözlənilən hasilat həcmi gündə 74 min bareldir.

Bu yataqlar 2,8 milyard dollarlıq sərmayə hesabına istismara verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol