“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək A.Məmməov baş direktorun müavini vəzifəsində çalışıb.
“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı təsdiqləyib.
Fotoda Azər Məmmədovdur

Şərhlər
Gedəndə Ludmila Cahidi yaddan çıxarma, özünlə apar, yoxsa ayaq altında qalar.
Çox təəssüf edirəm ki, mənim şərhimi dərc etmirsiniz, halbuki orada qeyri-etik və doğru olmayan heç nə yoxdur. Özüm uzun müddət Azəriqazda çalışan mühəndisəm, yazdıqlarımı rəsmi qaydada da dövlət orqanlarına bəyan etmişəm, amma siz doğru sözdən aşkar çəkinirsiniz. Belə davam edəcəksinizsə, sizin üçün ənyaxşı çıxış yolu odur ki, sadəcə şərh bölümünü bağlayasanız.
Əgər direktor pisdirsə deməli onun müavini də pis işçidir.Direktor nə edirsə müavinin razılığını alandan sonra edir. Bunların ikisini də birdən çıxartmaq daha məntiqli olardı.Ölkə doludur adının üstünə toz qonmamış, nübarı edilıməmiş neft-qaz mütəxəssisləri ilə.Yüz dəfə özünüzünkinə vəzifə bağışlayanda bircə dəfə də xalqın balasına vəzifə bağışlayın. Əgər yada bir çimdik duz verməyi bacarırsınızsa.
Ruslanın sağ əli hesab olunan Cahid Azəriqazda baş verən butun maliyyə fırildaqlarinın nəinki birbaşa iştirakçısı, həttə əksər əməllərin ideya müəllifi idi. Ruslanın guya abonentlərlə canlı görüşlərinin sosial platformalarda geniş reklam olunması üçün Cahid hər bolgədə 25-30 nəfər ödənişli troll saxlamaq barədə tegional idarə rəislərinə rəsmi tapşırıq vermişdi. İndi görək Salyandakı iritutumlu istixanalarında istifadə olunan təbii qazı yenə texniki itki kimi sildirməyə müvəffəq olacaqmı.
Elə onun axırına Eldəniz çıxdı))
Əhaliyə verilən qazın tərkibinə ciddi diqqət yetirilməlidirZəhərləmənlərin çoxalmasının əsas səbəbi verilən qazın tərkibində zəhərli hissəciklərin olmasıdır.Bunu unutmaq olmaz!Səmt qazını əhaliyə istiqamətləndirmək cinayətdir.j