Menu

Rusiyada varlılar üçün vergilər artırılır – Putin uzunmüddətli müharibəyə hazırlaşır

11.03.2024, 14:51

Rusiya hökuməti Prezident Vladimir Putinin Federal Məclisə vergi yükünün daha ədalətli bölüşdürülməsinin lazım olduğunu barədə çağırışını nəzərə alaraqgəlirvergsiniartırmaqplanı hazırlayır.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə vergi islahatının hazırlanması ilə məşğul olan dairələr məlumat verirb. Bundan əvvəl maliyyə naziri Anton Siluanov jurnalistlərə bildirib ki, vergi islahatları ilə bağlı təkliflər hazırlanır.

Qeyd olunur ki, hökumət ildə 1 milyon rubldan çox qazananlar üçün fərdi gəlir vergisinin (PIT) 13%-dən 15%-ə, 5 milyondan çox qazananlar üçün isə 15%-dən 20%-ə qədər artırılmasını müzakirə edir. Artan dərəcə müvafiq olaraq 1 milyon və 5 milyondan çox olan məbləğlərdən tutulacaq, yəni ilk milyondan hələ də 13% vergi alınacaq.Hazırda ilk beş milyon üçün faiz 13%, bu məbləği aşan gəlir üçün isə 15% təşkil edir. 2023-cü il üçün “Rosstat”-ın məlumatlarına görə, rusların təxminən 14% -nin ildə 1 milyondan çox rəsmi gəliri var. Bu, ayda 83 min rubldan çox gəlir deməkdir.

Vergilərin artırılması ilə bağlı düzəlişlərə Dövlət Dumasının bu ilin yaz sessiyasında baxılması mümkündür. Onun tətbiqinə isə gələn ildən başlana bilər.

Sabit vergi şkalasının tətbiqi 2000-ci illərin əvvəllərində həyata keçirilən mühüm islahatlardan biri idi. Rusiya hökuməti və Prezident Putin bu addımın iqtisadiyyat, o cümlədən vergi yığımı üçün müsbət nəticələrini dəfələrlə qeyd ediblər. Hazırkı hökumət başçısı Mixail Mişustin əvvəllər uzun müddət vergi xidmətinə rəhbərlik edib.

Fərdi gəlir vergisinin artırılması dövlətə ildə təxminən 2 trilyon qazanc verəcək. Mənbələr iddia edir ki, mümkün vergi artımı əlavə gəlir mənbələri axtaran Kremlin uzun sürən müharibəyə hazırlaşdığı anlamına gələ bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol