Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib", - məlumatda vurğulanıb.


Şərhlər
Bəs biz zəfər çalmışıq,erməniləri məjv etmişdık.iİndi nə oldu ki, erməni PUA-ları sərhəddi keçir?Bu nə deməkdir?bəs biz nəyə lovğlanırıq.Məgər bizim sərhədlər qorunmur ki, Ermənilər onu sərbəsy keçir?