Menu

“Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarə qəzaya uğrayıb

14.03.2024, 14:37
“Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarə qəzaya uğrayıb

Təlim uçuşu həyata keçirən “Türk Ulduzları”na məxsus F-5 təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyada baş verən qəza zamanı təyyarənin pilotu paraşütlə tullanmağı bacarıb.

Qəzaya uğrayan təyyarənin "Türk Ulduzları"nın parkına düşdüyü bildirilib.

Katapult edən pilotun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilib.

Təyyarənin düşdüyü əraziyə çoxlu sayda polis, yanğınsöndürən və hərbi qruplar göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol