Kiyev şəhərində Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini yad etmək üçün qurulan Könüllülər Parkında Azərbaycan, Gürcüstan, Krım Tatar və Çeçenistan bayraqlarının ucaldılması mərasimi keçirilib.
“AzPolitika” xəbər verir ki, mərasim Azərbaycan-Ukrayna “Qardaşlıq Cəmiyyəti”-nin təşəbbüsü ilə baş tutub. Mərasimdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun idarə heyətinin üzvü, 2014-cü ildən Ukraynanın azadlığı uğrunda döyüşən Vidadi İsrafilov, diaspor fəalları, Krım Tatar məclisinin üzvü Rifat Çibarov və Çeçe mühacir hökümətinin rəhbəri Ahmed Zakayev iştirak edib. Vidadi İsrafilov mərasimdə iştirak edən bir çox şəxsləri, o cümlədən Əhməd Zakayev və Rifat Çibarovu orden və medallarla təltif edib.
Bildirilib ki, Könüllülər Parkı 2014-cu ildə Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olan əcnəbi millətlərin nümayəndələrinin xatirəsini yad etmək üçün qurulub.
“AzPolitika.info”






Şərhlər