"AzPolitika.info"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları bu dəfə də Zamiq İbrahimovun intihar cəhdindən daşındıra bilib. Ancaq körpüdə böyük tıxac yaranıb.
---
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq özünü atmaqla hədələyir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, körpüdən özünü atmaq istəyən şəxs Bakı sakini Zamiq İbrahimovdur.Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.
Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O, noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.
Böyütmək üçün şəkillərə klikləyin
[gallery columns="5" ids="74931,74932,74933,74934,74935"]

![Körpüdə intihar çəhdinin qarşısı alındı - FOTOLAR [Yenilənib]](https://static.azpolitika.info/storage/news/0a921a535f2789c85288aeecfa01e197/60f7d5cb-8db5-4d78-ae22-72292b148ac7_740.jpg)
Şərhlər