Menu

“28 May” metrostansiyasının ətrafında sərnişinlər üçün zona yaradılır

15.03.2024, 18:54
“28 May” metrostansiyasının ətrafında sərnişinlər üçün zona yaradılır

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metrostansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi martın 27-dən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.

"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.

Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.

Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.

Şərhlər

Nəsimi 2024-03-15 19:41:17

Xahiş edirik, həmin sözü gedən parklanma ərazisinə düşən yolda (şlaqbaumlar olan hissə) sağ və sol tərəfdə dönərxanalar var. İnanın ki, həmin hissə piyadalar üçün çox çətindir keçmək.

Maşin yolu onsuz da dardır. Şlaqbaumlar insanların başlarına dəyir aşılıb bağlanan zaman.

P.S.: Azərbaycan Respublikasının vergi ödəyən, seçkilərdə fəal iştirak edən, dövlətçiliyimizə sadiq olan bir vətəndaş kimi ümid edirəm Həmin hissədə olan Dönərxanalar (Kövsər və onunla üzbəüz olan dönərxana) oradan yığışdırılacaq. Gözütox məmurlarımız inaniriq ki, həqiqətən vətəndaşın rahatlığlığını Doğurdan da fikirləşir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol