Rusiya Prezidenti Vladimir Putin teatr və kino aktyoru, rejissor, Satira Teatrının keçmiş bədii rəhbəri Aleksandr Şirvindtin ölümü ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verib.
“Report”un TASS-a istinadla məlumatına görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Prezident aktyorun ailəsinə və yaxınlarına başsağlığı teleqramı göndərəcək.
Aleksandr Şirvindtin xəstəxanada ölümü barədə daha əvvəl həmkarı Sergey Qazarov məlumat yayıb.
Şirvindt bu gün 89 yaşında vəfat edib. O, “Taleyin ironiyası” və “İki nəfərlik vağzal” filmlərindəki rolları ilə tanınıb. O, 2000-2021-ci illərdə Satira Teatrının bədii rəhbəri, 2021-ci ildə isə teatrın prezidenti olub.
Bundan əvvəl aktyor Aleksandr Voevodin Aleksandr Şirvindtin son vaxtlar özünü yaxşı hiss etmədiyini də bildirib.


Şərhlər
Doğurdadanmı baş sağlığı verib?Bu bütün dünyada böyük hadisədir!Zarafat deyil,kişi 89 yaşında vəfat edib,nakam gedib!Putin baş sağlığı verib,bu vacib xəbəri bütün Azərbaycana yayın,xalq çox nigaran idi,görəsən Putin baş sağlığı verib,ya yox?Xalqı nigarançılıqdan qurtardınız,halal olsun sizə,nigarançılıq pis şeydir......