Türkiyə nəhəngi "Beşiktaş" son Azərbaycan çempionu "Qarabağ"ın əsas forvardı daha çox Juninyo kimi tanınan Vieira dos Santos Junioru transfer edə bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Deyilənə görə, Ağdam təmsilçisinin "Bayer"lə oyununu canlı izləyən klubun idman direktoru Samet Aybaba futbolçu barədə rəhbərliyə müsbət rəy verib. Qeyd olunur ki, "Beşiktaş" mövsümün sonunda sözügedən keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq.
Hazırda braziliyalı forvardın transfer dəyəri 1 milyon avrodur. Juninyonun ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayında bitir.
"AzPolitika.info"


Şərhlər