Menu

NATO və Aİ-ni Rusiya ilə uzunmüddətli münaqişə gözləyir - İsveç XİN başçısı

22.03.2024, 17:19
NATO və Aİ-ni Rusiya ilə uzunmüddətli münaqişə gözləyir - İsveç XİN başçısı

Şimali Atlantika Alyansı (NATO) və Avropa İttifaqı ölkələri Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşmalıdır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.

“Biz buna uyğun hazırlaşmalıyıq”, - o deyib.

O əlavə edib ki, bu, ilk növbədə Baltikyanı ölkələrə və Polşaya aiddir.

T.Billström xatırladıb ki, İsveç Latviyaya mexanikləşdirilmiş batalyonun bir hissəsini göndərməyi planlaşdırır, həmçinin Qotland adası və Baltik dənizi ərazisində dəniz qüvvələrini gücləndirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol