PENSİYAÇILARIN SAYI NİYƏ AZALIR? – İqtisadçı səbəbləri açıqladı

Ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. Bu əhalinin 10.8 faizi pensiyaçı olması deməkdir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, pensiyaçıların sayının azalmasının səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, DSK-nın Dövlət Sosial Müdafiə Fonduna istinadən paylaşdığı sonuncu məlumatda struktur üzrə dəyişiklik qeyd olunmasa da, digər mənbələrin statistikası ilə bu müqayisənin aparılması mümkündür: "Belə ki, 2022-cü ilin yekunlarında yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub. 2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər olub. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb.

Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb.

Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi. Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb".

İqtisadçı vurğulayıb ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb: "Ötən il ərzində əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayındakı 23 min 265 nəfər azalma yaşa görə pensiyaçıların sayındakı 5 min 65 nəfər artımın fərqi 18 min 200 nəfər ümumi azalma ilə nəticələnib".

V.Bayramov vurğulayıb ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini və əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaçıların sayının azalma səbəblərinin tam araşdırılmasını aktuallaşdırır.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Rəhimov 2024-03-23 11:46:42

İnsanlrı qanuni pensiyalarını kəsin Himalay ayıları yaıan qənaət göstərir və mənimsəyirlər.Guya Nazir.Nazirlər Kabineti.Prezident aparatı bun görmür?

Pensiyası kəsilən 2024-03-22 23:51:51

Bu azalmaların səbəbi ƏCCMN-in özbaşınalığı nəticəsində pensiyaatın kəsolməsidir.Prezident Babayevi özbaşına buraxıb.Ondan sorğu edilmir.

Son yazılar