Bu gün axşam saatlarında işğal olunmuş Krımda həyəcan təbili çalınıb və eyni anda bir neçə yerdə güclü partlayış səsləri eşidilib.
Bu barədə “Crimean Wind” teleqram kanalı məlumat yayıb. Qeyd olunur ki, işğalçılar Sevastopol və Cankoydakı hərbi hissələrdə hava hücumu siqnallarını işə salıblar.
Yarımadada güclü partlayışların baş verdiyi bildirilir. Təkcə Sevastopolda onlardan altısı artıq hesablanıb. Belbek aerodromunun yaxınlığında da üç partlayış səsi eşidilib, sonradan orada hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi bildirilib.
"Sevastopol sakinləri partlayışların gücünü gəmilərin Sevmorzavodda və ya Qara dəniz donanmasının qərargahına zərbə ilə müqayisə edirlər. Şəhər əhalisi şokdadır", - "Krım küləyi" yazır.
Bu arada işğalçılar Krım körpüsündə nəqliyyatın hərəkətini kəsiblər.
“AzPolitika.info”


Şərhlər