Menu

Rusiya-Ukrayna tərəfdaşlığı ləğv edilir

03.12.2014, 09:33
Rusiya-Ukrayna tərəfdaşlığı ləğv edilir

“Rusiya və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”yə xitam verilməsi haqqında qanun layihəsi Ali Radaya təqdim olunub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin saytında bildirilir.

Qeyd olunan qanun layihəsinin təşəbbüskarları Yuri Levçenko, Oleq Osuxovski, Andrey İlyenko, Yuriy Bublik, Aleksandr Marçenko və Mixail Qolovkodur. Adları çəkilən deputatlar heç bir fraksiyanı təmsil etmirlər.

Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatları Ukraynanın MDB-ni tərk etməsi haqqında qərar layihəsi hazırlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol