Menu

“Crocus”dakı terrorla Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur" - Aİ

25.03.2024, 16:45
“Crocus”dakı terrorla Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur" - Aİ

Avropa İttifaqının Moskvada “Crocus City Hall”da baş vermiş terror aktı ilə Ukraynanın əlaqəsi ola biləcəyinə dair heç bir sübutu yoxdur.

APA xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

"Əlbəttə, biz tamamilə rədd edirik. Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol