Menu

"Miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır" - Vladimir Putin

26.03.2024, 16:59
"Miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır" - Vladimir Putin

Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır.

“Report”un Moskva bürosunun məlumatına görə, bunu ölkə Prezidenti Vladimir Putin Baş Prokurorluğunun kollegiya iclasında bildirib.

O, Baş Prokurorluğa qabaqlayıcı anti-kriminal, o cümlədən miqrasiya sahəsində tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.

V.Putin həmçinin prokurorluq işçilərini təhsil müəssisələrində və uşaqların istirahət yerlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol