Menu

"Qəzzaya yerli alternativ hakimiyyətlər rəhbərlik edəcək" - İsrailin müdafiə naziri

27.03.2024, 09:39
"Qəzzaya yerli alternativ hakimiyyətlər rəhbərlik edəcək" - İsrailin müdafiə naziri

Hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağı İsrail və ya Fələstinin HƏMAS hərəkatı tərəfindən deyil, yerli alternativ hakimiyyət orqanları tərəfindən idarə olunacaq.

“Report” “Haaretz”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

ABŞ-də səfərdə olan Y.Qallant qeyd edib ki, indiki müharibə bitdikdən sonra Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol