Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev Bakıda avtomobillərin parklanma tariflərinin kəskin artırılmasını adekvat qərar hesab edir.
O, "Report"a açıqlamasında deyib ki, bütün ölkələrdə, şəhərlərin mərkəzlərindəki qiymətlər - parklanma ödənişləri, iaşə xidmətləri, kirayələr, ümumiliklə, hər şey digər ərazilərə nisbətdə iki-üç dəfə bahadır.
Deputat qeyd edib ki, hazırda müzakirələrə səbəb olan parklanma qiymətlərinin bahalaşması haqqında qərar adekvatdır:
“Bakının mərkəzində hər şey digər ərazilərlə müqayisədə iki-üç dəfə bahadır. Hətta mərkəzdən bir neçə kilometr aralıda qiymətlər nisbətən daha aşağıdır. Parklanma qiymətlərinin də bu məsələyə uyğunlaşdırılması təəccüblü deyil. Hazırda Bakı şəhərinin baş planı hazırlanır. 2040-cı ilə qədər bu prosesə 80 milyarda qədər vəsait xərclənməsi nəzərdə tutulur. Bu prosesin bir hissəsi olaraq bütün parklanma məsələləri də tam həll olunacaq”.
R.Quliyev paytaxtın mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək belə bir qərarın müsbət qarşılanmalı olduğunu deyib:
“Ona görə də belə bir qərarın tətbiqi müsbət qarşılanmalıdır. Bu, ictimai nəqliyyatın inkişafı üçün də faydalı ola bilər. Sakinlər şəhərin mərkəzinə metro və ya avtobuslarla gəlsinlər. Yaxud hər kəs avtomobilini mərkəzdən kənarda münasib parklanma yerlərində saxlayıb piyada hərəkət etsin. Düşünürəm ki, belə olmalıdır”.
Qeyd edək ki, son günlərdə paytaxt Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində qiymətlər 2,6 dəfəyədək bahalaşıb. Bu da sosial şəbəkələrdə kəskin narazılığa səbəb olub.


Şərhlər
Görəsən Rüfət Quliyev əhalinin maddi durumundan xəbəri varmı? Belə absurd fikri tirajlamaq Rüfət Quliyevin “nurlu, işıqlı” kafasına haradan peyda olub? Əsası odur ki, Rüfət Quliyev görəsən öz arabasını şəhərin daxilində olarkən Harada saxlayır? Məs., Amerikada 2 saatlıq parklanma 9,66 dollar təşkil edir, bu da bizim pulla təxminən 16,42 manar təşkil edir. Hollandiyada 13,31, Parisdə 7,63, Edinburqda 7,30 dollar. Maaşları müqayisə edin. Qonşu Türkiyədə orta hesabla 0,83 dollar, bizim pulla 1,41 manat. Qonşu Belorussiyada 1 saat paklanma 1 rubl, yəni 0,52 manat, qapalı parklanmada isə 1,04 manat. Bu siyahını uzatmaq da olardı, fikrimcə, yetər. Rüfət Quliyev əhalini öz durumu ilə ölçür. Ona elə gəlir ki, bütün əhali siqaret biznesi ilə məşğuldur, hamının bir neçə yerlərdə obyektləri var, elə bilir ki, hamı sələmə para verir. Ən azından ayıbdır. Onu aparıb deputat yapıblar, elə bilir ki, hamının maddi durumu onunku kimidir. Belə yazılar insanlarımızda qıcıq yaradır, bu da çox təhlükəlidir. Bu fikirlər ali qanunverici orqanın deputatına yaraşmayan absurd fikirlərdir. Yazıq Azərbaycan vətən DAŞI
Mən də əgər görsəydim ki,yumru yolka iqruşkasına üzünü lap yaxınlaşdıran hər kəs mənə oxşayır,özümü dünyanın xoşbəxti sanardım və ona görə də bahalaşma umrumda belə olmazdı.O ki qaldı 80 milyarda Bakını yenidəntikməyə,camaata normal maaş-pensiya verməmək üçün tikilmiş şəhəri təzədən tikməkdənsə o qədər pula dörd-beş yeni şəhər salmaq olmazmı?
Belə yazılardan,,doğru şərhlərdən Milli Məclisin,Prezident aparayının xəbəri niyə olmur?Reaksiya verən,doğrunu müdafiə edən niyə görünmür?Bəs idarəçilik?
Əmək haqqısı 6500 olan deputat hardan bilir aclıq nədir kasıbçılıq nədir.Qəbələ,Ismayılıda camaat ayda heç bir dəfə ət yemir .Amma deputatlar gilas ala bilmirdilər əmək haqqları qalxdı.Deputatın xalqdan nə xəbəri var
Buna deyilir:"Toxun acdan xəbəri olmaz" Nİyə AZərbaycan qanunları deputara aid edilmir?DEputat bizneslə məşğul olması qanunla qadağandır.Bəs MM sədri bunu bilmir?
Toxun acdan nə xəbəri var. Görəsən bu yaltaqlardan canımız nə vaxt qurtaracaq.
təkcə xarici görünüşünə görə oxşamırsanmış monqola.