Menu

"Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır" - Lavrov

28.03.2024, 20:06
"Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır" - Lavrov

Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistanda mövcud vəziyyət nikbinlik yaratmır:

"Ermənistan rəhbərliyi uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol