Menu

“Ukrayna münaqişəsi ABŞ silahlarına tələbatın artmasına səbəb olub” - Zelenski

29.03.2024, 00:27
“Ukrayna münaqişəsi ABŞ silahlarına tələbatın artmasına səbəb olub” - Zelenski

"Ukraynadakı münaqişə Amerika silah istehsalçılarının məhsullarına artan tələbi stimullaşdıran reklam platformasına çevrilib".

APA xəbər verir ki, bunu ABŞ-nin “CBS telekanalına” müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mənə elə gəlir ki, bu müharibə istehsalçı üçün həm də marketinqdir. ABŞ-nin istehsal etdiyi və ya lisenziya verdiyi silahlara böyük tələbat var. Əvvəllər belə bir şey olmamışdı”, - Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol