Göyçayda ağır yol qəzası olub, xəsarət alanlar var

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. “VAZ-2106” markalı avtomobilin divara çırpılması nəticəsində sürücü - 2000-ci il təvəllüdlü Quluyev Əli Qulu oğlu, sərnişinlər - 2001-ci il təvəllüdlü Məmmədov Fuad Əlişan oğlu və 1999-cu il təvəllüdlü Abdullayev Yaşar Elvin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Y.Abdullayevə burnun qapalı travması, F.Məmmədova qapalı kəllə-beyin travması, beyin sirkələnməsi, Ə.Quliyevə isə qapalı kəllə beyin travması, koma, ağır vəziyyət diaqnozu təyin edilib.

Fakt araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar