Rusiya mərmilərinə hansı ölkələr barıt qoyur? - Üç ölkənin şirkətlərinin adları çəkilir

Rusiya artilleriya mərmilərinə barıt istehsal etmək üçün istifadə edilən nitroselülozun idxalını artırıb.

“The Wall Street Journal” ticarət məlumatlarına istinadən yazır ki, son iki ildə Rusiyaya tədarük edilən nitroselüloz istehsalçıları arasında ABŞ, Almaniya və Tayvan şirkətləri də var.

Rusiyadan nitroselüloz idxalı 2022-ci ildə, yəni Ukraynaya qarşı təcavüzün birinci ilində 70 faiz artıb. 2023-cü ilin ortalarında 3 min 39 ton idxal edilib ki, bu da 2021-ci ilə nisbətən təxminən iki dəfə çoxdur.

Amerikanın CNN telekanalı xəbər verir ki, NATO hesablamalarına görə, Rusiya hazırda ABŞ və Aİ-nin birgə istehsal etdiyi artilleriya sursatından üç dəfə çox istehsal edir.

NATO-nun yüksək rütbəli rəsmisi CNN-ə deyib: “Bu, istehsal müharibəsidir”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar