Menu

“ABŞ-nin dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək” - Zelenski

30.03.2024, 08:56
“ABŞ-nin dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək” - Zelenski

ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

"ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - Zelenski vurğulayıb.

Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.

Şərhlər

Əvvəl Minvallı 2024-03-30 12:46:17

Kreml 1986cı ildən naməlum vasitəçilərin guya bütün *Qərb*lə xosunlaşması üzrə 3 SSRİ respublikasının ardınca, ən iri potensial MDB üzvünü məhv edirsə, rəsmi Kiyev nə anlasın? Axı, *Qərb* də onu yetərincə müdafiə etmir? Kremlin xarici siyasəti RFnı dünya Hərbi-İqtisadi meydanında inhisar (iddiası ilə) təkləyib, intihar həddinə gətirib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol