Menu

Abşeronda qohumların davası ölümlə bitib

30.03.2024, 12:10
Abşeronda qohumların davası ölümlə bitib

Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. 

Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb. Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən vəziyyəti ağırlaşıb. 11 gün müddətində həkimlərim göstərdiyi tibbi yardımlara baxmayaraq C. Şabanov bu gün müalicə aldığı xəstənada ölüb.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol