Menu

“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir” – Zelenski

30.03.2024, 16:03
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir” – Zelenski

“ABŞ-ın 60 milyard dollarlıq hərbi yardımının təsdiqinin gecikməsi Kiyevə baha başa gəlib”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

"Biz altı ay itirdik. Biz daha çox vaxt itirə bilmərik. Ukrayna tərəflər arasında siyasi məsələ ola bilməz" – deyə, Zelenski qeyd edib.

O, aydınlaşdırıb ki, Kiyevə yardımı tənqid edənlər müharibənin mahiyyətini başa düşmürlər.

Zelenskinin sözlərinə görə, ABŞ-ın dəstəyinin olmaması Ukraynanın hava hücumundan müdafiə sistemindən, “Patriot” raketləri və 155 mm-lik artilleriya mərmilərindən məhrum olacağı anlamına gələcək.

Zelenski deyib ki, silah çatışmazlığını nəzərə alaraq, Ukrayna ordusu yalnız məhdud hücum əməliyyatları keçirə bilər.

Ukraynanın pilotsuz təyyarələrin Rusiyanın enerji infrastrukturuna hücumları ilə bağlı jurnalistin sualını cavablandıran prezident qeyd edib ki, Amerika rəsmilərinin buna reaksiyası müsbət olmayıb. Zelenskinin sözlərinə görə, Vaşinqton Ukraynanın öz silahlarından istifadəsini məhdudlaşdıra bilməz.

"Biz pilotsuz təyyarələrimizdən istifadə etdik. Heç kim bizə deyə bilməz ki, bu, mümkün deyil", - Ukrayna prezidenti vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol