Menu

"Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq" - Dövlət Bağçalı

31.03.2024, 14:45
"Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq" - Dövlət Bağçalı

Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq.

“Report” xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

D.Bağçalı bütün siyasi partiya və namizədlərə seçkilərdə uğurlar arzulayıb: "Daha gözəl günlər olacaq. Əvvəlcədən xalqımıza təşəkkür edirəm”.

Qeyd edək ki, MHP sədri Ankara Anıttəpə orta məktəbində səs verib. D.Bağçalı məntəqəyə qolu sarğılı halda gəlib. Onun bir qədər əvvəl çiyin burxulması nəticəsində qolundan zədə aldığı deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol