Rusiya Xarici İşlər Nazirliyi bazar günü axşam saatlarında bəyanat yayaraq Moskvada baş verən terror aktlarında əli olan şəxslərin ekstradisiyasına dair tələbləri Ukrayna hakimiyyətinə çatdırdığını bildirib.
Nazirlik müraciətdə terrorizmlə mübarizəyə dair beynəlxalq konvensiyalara istinad edir və Ukraynanı “beynəlxalq hüquqi məsuliyyət”lə hədələyir.
Mətndə deyilir ki, Ukrayna 2022-ci ilin oktyabrında Krım körpüsünün dağıdılmasını təşkil edən, Rusiyada digər terror aktları təşkil edən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuku həbs etməlidir.
Bəyanat martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”-ın binasında 144 nəfərin həlak olduğu terror aktından bəhs etməklə başlayır. Rusiya hakimiyyətinin nümayəndələri israrla Ukraynanın terror aktında əli olduğunu iddia edirlər. Bununla belə, Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu, Rusiyaya qarşı ilk terror aktı deyil və “Crocus City Hall”-a hücum Krım körpüsünün bombalanması və bir sıra insanların həyatına sui-qəsdlərlər eyni mərkəzdən idarə olunub.
SBU-nun mətbuat xidməti bu bəyanata cavab olaraq qeyd edib ki, Rusiya terrora görə rəsmi olaraq beynəlxalq axtarışa verilən şəxsin Putin olduğunu unudur: Xüsusilə, o, ukraynalı uşaqların oğurlanmasına görə Haaqa Tribunalında cavab verəcək.
SBU bu bəyanatın Buçada Rusiya hərbçilərinin törətdiyi qətliamların ildönümünə təsadüf etdiyi xatırladıb və Moskvanın istənilən bəyanatını “dəyərsiz” adlandırıb.
“Rusiya Federasiyası faktiki olaraq diqqətə layiq olan yalnız bir bəyanat verə bilər: müharibədəki məğlubiyyətini bütün dünyaya elan etmək”, - Malyuk bildirib.
SBU rəhbəri daha əvvəl bəyan etmişdi ki, Rusiyanı Krımla birləşdirən körpüdə baş verən iki partlayışının arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır. Ukrayna körpünü legitim hərbi hədəf hesab edir.
Ukrayna nümayəndələri Dugina, Tatarski və Prilepinə qarşı sui-qəsd cəhdləri barədə ancaq dolayısı ilə danışıblar və qeyd ediblər ki, aktiv müharibə tərəfdarı təbliğatçılar da qanuni hədəf sayıla bilər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər