Menu

Navalnı ilə bağlı xəbərlər yayımlayan rus jurnalist həbs olundu

01.04.2024, 13:22
Navalnı ilə bağlı xəbərlər yayımlayan rus jurnalist həbs olundu

Bu yaxınlarda Rusiyada həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnı ilə bağlı xəbərlər yayımlayan rusiyalı jurnalist Antonina Favorskaya həbs edilib.

“AzPolitika” xəbər verir ki, Navalnının ölümündən sonra onun mühakimə olunduğu məhkəmə proseslərini yaxından izləyən jurnalist ekstremizmdə ittiham olunub.

Favorskaya həbsindən sonra verdiyi ilk açıqlamasında bunları deyib: “Dünyanın Rusiyada baş verənlərdən xəbərdar olmaq hüququ var. Mən jurnalist kimi işimi yerinə yetirdiyim üçün həbs olundum”.

Favorskayanın həbsinin səbəbləri arasında onun Rusiyada ekstremist hesab edilən və qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondu üçün sənədlər toplaması iddiası da var.

Qeyd edək ki, Navalnı öz anti-Putin təbliğatını Korrupsiyaya Qarşı Mübarizə Fondu vasitəsilə aparırdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol