Menu

"Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılmasına ABŞ-ın təhdidləri səbəb olub" - Kreml

01.04.2024, 14:01
"Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılmasına ABŞ-ın təhdidləri səbəb olub" - Kreml

Ermənistan banklarının “Mir” kartlarına xidmət göstərməyi dayandırmaq qərarına ABŞ-ın görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan risklərdən qorunmaq və vəziyyəti düzəltmək üçün işləməyə davam edəcək: "Müzakirələr davam etdiriləcək", deyə Kremlin sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol