Menu

“Bütün kritik infrastrukturumuz məhv edilib” – Xarkov meri

01.04.2024, 16:48
“Bütün kritik infrastrukturumuz məhv edilib” – Xarkov meri

“Rusiya ordusu Xarkovda demək olar ki, bütün kritik infrastrukturu məhv edib”.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli mediaya şəhərin meri İqor Terexov bildirib.

"Düşmənin planının nə olduğunu bilmirəm. Demək olar ki, bütün kritik enerji infrastrukturu artıq dağıdılıb, özəl infrastruktur da məhv edilib. Rusiya bizi qorxutmaq istəyir, lakin bu, mümkün deyil. İki il ərzində biz müxtəlif səviyyəli enerji infrastrukturunu qura bildik. Energetika sənayesi üçün vəziyyət çox çətindir”, - mer qeyd edib.

Terekovun sözlərinə görə, dağılmış infrastrukturun bərpası üçün ən azı 10 milyard dollara ehtiyac olacağı təxmin edilir.

Rusiya hərbçiləri demək olar ki, hər gün sərhəddən bir neçə on kilometr aralıda yerləşən Xarkova zərbələr endirir. Mart ayında Xarkov və regionun ən böyük enerji obyektlərinə - CHES-5 və Zmiyevskaya İES-ə hücumlar qeydə alınıb. Onlara külli miqdarda ziyan dəydiyi bildirilir. Xarkovda elektrik enerjisi hazırda qrafiklə verilir.

Son günlərdə Rusiya ordusunun 2022-ci ildən bəri ilk dəfə olaraq şəhərə idarə olunan bombalar atmağa başladığı da bildirilir.

Merin sözlərinə görə, atəşə və işıqların kəsilməsi təhlükəsinə baxmayaraq, şəhərdə təxminən 1,3 milyon sakin qalır ki, bu da müharibədən əvvəlkindən bir neçə yüz min nəfər azdır. Nə hakimiyyət orqanları, nə də hərbçilər hələ də Xarkovdan insanların evakuasiyasına ehtiyac görmürlər. Terekovun sözlərinə görə, Rusiya tərəfi şəhər əhalisini qorxutmaq üçün evakuasiya ilə bağlı şayiələr yayır. Mer əmin edib ki, şəhərdə heç bir çaxnaşma yoxdur.

Rusiya qoşunları 2022-ci ilin fevral-mart aylarında genişmiqyaslı işğalın ilk günlərində Xarkovu ələ keçirməyə cəhd edib. Sonradan cəbhə xətti sabitləşdi və 2022-ci ilin sentyabrında rus qoşunları dövlət sərhədinə çəkildi. Xarkovun atəşə tutulması isə davam edir. Bugünlərdə həm kremlpərəst, həm də bir sıra müstəqil nəşrlər rus ordusunun Xarkova yeni hücum hazırlaya biləcəyini yazıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol