Menu

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb

02.04.2024, 11:25
Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov  bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Şərhlər

Veteran 2024-04-02 23:53:22

Belə ünsürləri həyatdan təcrid etmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol