“Belarus müharibəyə hazırlaşır, lakin bunu istəmir”
“AzPolitika” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, Belarusda bununla bağlı lazımi hazırlıq işləri görüldüyünü, qoşunların müxtəlif növ silah və texnikalarla təmin edildiyini bildirib.
“Biz müharibəyə hazırlaşırıq. Mən bu barədə açıq danışıram. Sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan. Bu, çox düzgün deyilib”, - Lukaşenko deyib.
“AzPolitika.info”


Şərhlər