“ABŞ və ya Fransanın İrəvana verəcəyi təhlükəsizlik təminatı işləməyəcək” – “Ankaranın belə bir razılığı yoxdur...”

“ABŞ dövlət katibi Entoni Blinken okeanın o tayından uzaq məsafə qət edib Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş üçün xüsusi olaraq Brüsselə getmir”.

“AzPolitika” xəbər verir ki, politoloq Elxan Şahinoğlu 5 apreldə Brüsseldə keçiriləcək Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ, Avropa İttifaqı rəsmiləri arasında görüşü şərh edərkən bildirib.

“ABŞ dövlət katibi Avropaya aprelin 1-də gedəcək, Parisdə Fransa prezidenti Emmanuel Makronla Ukrayna və Qəzza mövzularını müzakirə edəcək. 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Həmin toplantıdan bir gün sonra isə Brüseldə Paşinyanla görüşəcək”, - o, əlavə edib.

O ki qaldı NATO-ya, ekspert bildirib ki, bu təşkilatın Ermənistana hansısa təhlükəsizlik təminatı verməsi üçün Şimali Atlantika Blokunun bütün üzv ölkələrinin, o cümlədən qurumun ikinci böyük dövləri Türkiyənin razılığı lazımdır.

“Ankaranın belə bir razılığı yoxdur. NATO Baş katibi Yens Stoltenberq bütün üzv dövlətlərin razılığını almadan təkbaşına Ermənistana təhlükəsizlik təminatı verə bilmək səlahiyyətinə malik deyil. Avropa İttifaqı da təhlükəsizlik təminatı verə bilməz, bu da onun səlahiyyəti xaricindədir”, - Şahinoğlu vurğulayıb.

E Şahinoğlu hesab. edir ki, Ermənistana iki dövlət – ABŞ və Fransa nəsə vəd edə bilərlər. Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmədən, Rusiya hərbi bazasından və sərhədçilərindən qurtulmadan ABŞ və ya Fransanın İrəvana verəcəyi təhlükəsizlik təminatı işləməyəcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar