Belarus Prezidenti Aleksandr Lukaşenko hökumət üzvlərinə və digər məmurlara sanksiyalardan şikayət etməyi qadağan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Prezidentin bununla bağlı çıxışında deyilir: “Mən sadə məntiqdən çıxış etdim. Bu gün deyə bilərəm ki, əgər rəisə, məmura, müəssisə direktoruna gərginlikdən, işləməkdən uzaqlaşmaq üçün imkan verilsə, o, bundan istifadə edəcək. Ona görə də dərhal dedim: Heç bir sanksiya yoxdur. Unudun, sizin üçün heç bir sanksiya yoxdur. Sanksiyaların olub-olmamasının xalqımız üçün nə fərqi var? Onlar yaşamaq, işləmək istəyirlər. Zaman bizi rəhbər seçdi və biz hər şeyi etməliyik ki, insanlarımız yaşasın, işləsin və ailələrini dolandırsın”.
“AzPolitika.info”


Şərhlər