İsrail HAMAS-a yeni təkliflər göndərib

İsrail Qəzzada sülhə nail olunması üçün HAMAS rəhbərliyinə yeni təklif göndərib.

APA-nın xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Dəftərxanasından məlumat verilib.

Bildirilib ki, bu təklif Misirin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində formalaşıb.

Təklif hərbi əməliyyatlar nəticəsində bölgəni tərk edən Qəzza sakinlərinin geri qayıtması və onların təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur. Bu təşəbbüs həmçinin girovların azad olunması istiqamətində irəli atılmış addım kimi qiymətləndirilir.

HAMAS rəhbərliyi təklifə müsbət cavab verərsə, danışıqların növbəti raundu yaxın vaxtlarda təşkil olunacaq.

İsrailin nümayəndə heyətinin müzakirələr üçün gün ərzində ölkəyə geri qayıdacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar