"Rusiyalı milyarderlərin sayı rekord həddə çatıb" - "Forbes"

“Forbes” dünya reytinqində rusiyalı milyarderlərin sayı il ərzində 110 nəfərdən 125 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, bu, dünyanın ən varlı iş adamları siyahısında bütün tarixdə ən yüksək nəticədir. Reytinqdə rusiyalıların sayına görə əvvəlki rekord 2021-ci ildə qeydə alınıb - 123 nəfər.

Məlumata görə, ən zəngin rusiyalı şəxslərin ümumi sərvəti il ərzində 14 faiz artaraq 576,8 milyard ABŞ dollarına çatıb.

Bu göstərici 123 rusiyalı milyarderin ümumi kapitalının 606,2 milyard ABŞ dollarına çatdığı 2021-ci ilin rekord səviyyəsindən aşağıdır.

Rusiyalı iş adamları arasında siyahının lideri “LukOil”un həmsahibi Vahid Ələkbərov olub, onun sərvəti il ərzində 28,6 milyard dollara yüksəlib. Onun ardınca “Novatek”in rəhbəri Leonid Mixelson gəlir, onun kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilir. Üçüncü yeri NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin (26,6 milyard dollar) tutub. Reytinqdə növbəti yerdə “Severstal”ın əsas səhmdarı və şirkətin direktorlar şurasının sədri Aleksey Mordaşov (25,5 milyard dollar) qərarlaşıb. İlk beşliyi “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin (23,7 milyard dollar) bağlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar