"Qəzzada 196 əməkdaşımız öldürülüb" - BMT Baş katibi

"Oktyabrın 7-dən bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada humanitar fəaliyyətlə məşğul olan 196 əməkdaşı öldürülüb".

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatın Baş Assambleyasının insan təhlükəsizliyi mövzusuna həsr olunmuş plenar iclasında çıxışında deyib.

Baş katib bildirib ki, 6 ay ərzində Fələstin ərazilərində həlak olan 196 humanitar yardım işçisindən 171-i BMT-nin şəxsi heyətində olub və onların arasında Qərb ölkələrindən olan əməkdaşlar da var.

Baş katib Təhlükəsizlik Şurasının ötən həftə qəbul etdiyi qətnaməsindəki təcili humanitar atəşkəsin icrasını tələb edib: “Qətnamə təxirə salınmadan icra edilməlidir. Bütün girovların qeyd-şərtsiz azad olunmalı və Qəzzaya humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır”, - Baş katib qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar