Menu

“Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq...” - Zaxarovanın yeni açıqlamaları nəyə xidmət edir?

03.04.2024, 17:47
“Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq...” - Zaxarovanın yeni açıqlamaları nəyə xidmət edir?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalına müsahibəsində Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatları yalan adlandırıb.  “Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib” deyən Zaxarova İrəvanın Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Zaxarovanın sözlərindən belə anlaşılır ki, İrəvan NATO-ya deyil, Rusiyaya arxalansaydı, Kreml Qarabağın Azərbaycanın nəzarətinə keçməsini əngəlləyərdi:

“Birincisi, NATO Ermənistana təhlükəsizlik təminatı verməyib ki, İrəvan Qarabağla bağlı Şimali Atlantika Blokundan dəstək gözləyərdi. İkincisi, İrəvan Kremlə arxalanaraq KTMT-dən dəstək istəsəydi belə, bu, Azərbaycanın Qarabağı nəzarətə götürməsinə mane olmayacaqdı”.

Mariya Zaxarova Brüsselə səfərə hazırlaşan Baş nazir Nikol Paşinyana Kremlin növbəti xəbərdarlıq mesajını da göndərib: “Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”.

Ekspert vurğulayır ki, Zaxarova bu cümləsi ilə bir növ Azərbaycanın yerinə qərar vermək istəyir: “Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq İrəvanın ABŞ, Avropa İttifaqı və ya Böyük Britaniya ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-04-03 20:08:05

Görəsən bizim XİN -də bir cəsur adam tapılacaqmı bu alkaşka-Marişkaya yerini göstərsin, hər çıxışında bizim əvəzimizə danışır ,göstəriş verir ,hətta bəzə o qədər həyasızlaşır ki ,nə etməli olduğumuzu da səsləndirir .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol