NATO Baş katibi və Blinken arasında görüş keçirilib

Bu gün Brüsseldə NATO Baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə NATO mətbuat xidməti məlumat yayıb.

Görüş NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

Yens Stoltenberq görüşdə ABŞ-ın NATO-ya liderliyinə görə təşəkkür edib. Baş katib Alyans üzvlərinin müdafiə xərclərinin paylaşılmasına sadiq olduqlarını, üzv ölkələrin əksəriyyəti artıq ümumdaxili məhsullarının (ÜDM) 2 faizinin hərbi sahəyə xərclənməsi ilə bağlı addımlar atdıqlarını nəzərə çatdırıb.

NATO Baş katibi Ukrayna müharibəsinin Asiya-Sakit okean regionu ilə Avropanın təhlükəsizliyi bir-biri ilə necə əlaqəli olduğunu göstərdiyini söyləyib. Yens Stoltenberq Şimali Koreya, Çin və İranın Rusiyanı müxtəlif yollar və vasitələrlə dəstəklədiklərini də söyləyib. Onun sözlərinə görə, bu, təhlükəsizliyin regional deyil, qlobal məsələ olduğunu sübut edir.

Antonii Blinken isə bildirib ki, Alyans müdafiə xarakterlidir, heç kimə qarşı yönəlməyib, öz üzvlərini qorumaya yönəlib. Dövlət katibi NATO-nun tarixdə ən uğurlu hərbi alyans kimi qiymətləndirib və Yens Stoltenberqin Alyansa liderliyini yüksək qiymətləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar