Menu

Ukrayna üçün kritik məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir - Zelenskinin ofisi

05.04.2024, 09:49
Ukrayna üçün kritik məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir - Zelenskinin ofisi

“Ukrayna üçün gərgin məqam yaxınlaşır. Buna görə ABŞ Konqresi növbəti yardım paketini tezliklə təsdiqləməlidir”.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O deyib ki, hazırda ölkəsinin hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı var:

“Bizim vaxtımız yoxdur. Bir daha qeyd edirəm ki, hazırda ölkəmiz kritik çağırışlarla üz-üzə qalıb. ABŞ-nin növbəti yardım paketi bu ay ərzində təsdiqlənməsə, vəziyyət daha da mürəkkəbləşəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol