"Azərbaycana yollanana qədər Bakıda təhlükəsizliklə bağlı bəzi suallar qalmaqda idi. Təəssürat yaranır ki, Bakı Avropa Oyunlarını qəbul etməyə tam hazırdır".ANS TV-nin məlumatına görə, bunu Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rastomyan deyib. O heyətin qalacağı yerin təhlükəsizliyi nəzərə alınmaqla seçiləcəyini və birbaşa Bakıya yarışa gəlib, yarış bitdikdən sonra dərhal geri dönəcəklərini bildirdi.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında noyabrın 21-22-də paytaxtımızda olan Rostomyan erməni mətbuatına Bakıdakı görüşlərin təfərrüatını açıqlayıb. O, bütün suallarına cavab aldığını deyib. Avropa Oyunlarında iştiraklarını təsdiqləyən Rostomyan Ermənistana qayıtdıqdan sonra bu qərarın bir daha müzakirə olunacağını deyib.


Şərhlər