Ermənistanda respondentlərin 98,5 faizi Azərbaycanı düşmən dövlət sayır.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu, ABŞ-nin “Gallup” Beynəlxalq Sosial-Araşdırmalar Mərkəzinin Ermənistanda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Bundan başqa, respondentlərin 93,2 faizi Türkiyəni də dost olmayan dövlət adlandırıb.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 29,7 faizi Rusiyanı dost ölkə hesab edir. Onların 43 faizi isə bu ölkəni Ermənistanın dostu olmayan dövlət sayır.
Respondentlər aşağıdakı ölkələri Ermənistanın dostu kimi qiymətləndiriblər: Fransa (78,1 faiz), Hindistan (68,5 faiz), İran (57,8 faiz).


Şərhlər
MM üzvü, STM sədri, dünyəvi Orator Cənab Z.Oruc *Aysor*dan *Gallup*a qədər sorğulasın 1795ci ildən 1987ci ilə qədər *gəlmə*(hay)lərə yer-məskən və ərzağa qədər hər neməti təqdim edib, əvəzində mütəmadi soyqırıma məruz yerli türklər nə zamansa kütləvi əks müharibə ediblərmi? Azərbaycan ən ciddi günahı deport və *Miatsum!* cinayətlərinin bu günə qədər Ciddi Mühakimə edilməməsidir!??