Menu

Qəbələdə 56 yaşlı piyadanı avtomobil vurdu

06.04.2024, 14:46
Qəbələdə 56 yaşlı piyadanı avtomobil vurdu

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Araz İbrahimxəlilovu vurub.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib və yaralı piyada Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Lakin həkimlərin səyinə baxmayaraq, Araz İbrahimxəlilov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol